Azərbaycan Prezidenti İlham Əliyev Şükufə Mühəddin qızı Yusupovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə Şükufə Mühəddin qızı Yusupova “Şöhrət” ordeni ilə təltif edilsin.