Elnur Ağayevin idarədə 13 illik iş stajı var idi.
Mayın 29-da saat 12.30 radələrində Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər işləyən 1980-ci il təvəllüdlü Elnur Fətulla oğlu Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucuya xidmət göstərən zaman baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
SOCAR-dan verilən məlumata görə, Elnur Ağayevin idarədə 13 illik iş stajı var idi.
Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.
Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.(Oxu.az)