Bu gün Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 12:43:21-də Nardarandan 14 km şimalda Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 2 km olub. Zəlzələ hiss olunmayıb.