Şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Mayın 14-də Bakı və Abşeron yarımadasında şimal küləyinin arabir güclənəcəyi, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın bildirdiyinə görə, havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da mayın 14-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.