Üç fəndən illik «qeyri-kafi» qiymət alan şagirdlərə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər.
Yay tapşırığının hər hansı birindən «qeyri-kafi» qiymət alan şagirdlər də sinifdə saxlanılır.
Qaydalarda həmçinin qeyd olunur ki, ikinci yarımildə bu və ya digər fəndən «qeyri-kafi» qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxət fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.