Bakıda zəncirvari qəza: - Yaralananlar var

Bakıda zəncirvari qəza: - Yaralananlar var
Bütün Xəbərlər
13:35 23.04.2014
730
Dairəvi yolda baş verən qəzada 4 avtomobil toqquşub
Ötən gün saat 16 radələrində Yasamal rayonu Dairəvi yolda ağır zəncirvari yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza zamanı 4 avtomobil toqquşub.
Belə ki, qəzada Aydın Qırxlarovun idarə etdiyi “Opel Astra”, Elzəddin Şamilovun idarə etdiyi “Toyota Prado”, Samir Baxşiyevin idarə etdiyi “Hyundai” və Miryusif Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobillər zədələnib.
Qəza zamanı A.Qırxlarov və sərnişini Məhrux Qırxlarova, habelə E.Şamilov xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR