Qərb küləyi əsəcək, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 22-dən 23-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 23-də gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.