Azərbaycanda daha bir zəlzələ qeydə alınınb.
AZXEBER.COM Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ ölkənin cənub bölgəsində baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 06:20:52-də Lənkərandan 25 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub.
Qeyd edək ki, Azərbaycanda son vaxtlar yeraltı təkanlar tez-tez müşahidə olunur.