Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Bütün Xəbərlər
13:08 25.02.2014
1245
Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Fevralın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
OXŞAR XƏBƏRLƏR