Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? -  PROQNOZ
Bütün Xəbərlər
00:02 10.02.2014
963
Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

AZXEBER.COM xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi,lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava gündüz əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.

Havanın temperaturu Aran rayonlarında gecə 0-3 dərəcə şaxta, gündüz 6 -10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 1-6 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR