Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək
Bütün Xəbərlər
13:52 04.12.2013
913

Ölkə ərazisində yağıntılar kəsiləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Məlumata görə, dekabrın 4-nə keçən gecə Aran rayonlarında 1 dərəcə, dağlıq ərazilərdə 10 dərəcəyə qədər, Naxçıvan Muxtar Respublikasında 4 dərəcə şaxta müşahidə olunub, bir sıra rayonlarda, xüsusən də dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.Dekabrın 3-də, proqnozlaşdırıldığı kimi, Azərbaycanın Kür ətrafı rayonlarında çox güclü külək müşahidə olunub. Küləyin maksimal sürəti, maksimal ani sürəti Mingəçevir şəhərində saniyədə 35 metr, Tərtərdə saniyədə 33 metr, Zərdabda saniyədə 32 metr, Bərdə və Naftalan rayonlarında saniyədə 30 metr, Göyçayda saniyədə 28 metr, Gəncədə saniyədə 24 metr təşkil edib.Havanın temperaturunda anomal gediş müşahidə olunub. Dekabrın 3-ü günün birinci yarısında temperatur 10-11 dərəcə isti olub, axşama doğru havanın temperaturu 2-4 dərəcə isti təşkil edib.Qar örtüyü Qusar rayonunun dağlıq ərazilərində 23 sm, Altıağacda 20 sm təşkil edib. Xaldan, Susay, Qonaqkənd kəndlərində 18 sm qar örtüyü qeydə alınıb, Lerikdə 15, Yardımlıda 13, Quba, Qusarda 12 sm qar örtüyü əmələ gəlib. Daşkəsən, Göygöldə 7 sm qar örtüyü müşahidə olunub.Məlumata görə, Abşeron yarımadasında da gecə saatlarında və səhər erkən yağışın sulu qarla qarışıq düşməsi qeydə alınıb. Gözlənildiyi kimi, bu proses qısamüddətli olub. Səhər saatlarından yağıntıların tədricən kəsilməsi proqnozlaşdırılırdı.Dekabrın 4-də gündüz saatlarında ölkə ərazisində artıq yağmursuz hava şəraiti bərqərar olunacaq. Dekabrın 5-də Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir. Əsasən yağmursuz hava şəraiti davam edəcək, külək cənub-qərb istiqamətli olacaq və dekabrın 5-i günorta saatlarında bu günə nisbətən havanın temperaturu 2-3 dərəcə artacaq, 11-12 dərəcəyə qədər isti müşahidə olunacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı