Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Əhəd Yaqubov 36 ünvanında qeydə alınıb.
1960-cı il təvəllüdlü Səbail rayon sakini Əli İsmayıl oğlu İbrahimov idarə etdiyi 99-DU-089 dövlət nömrə nişanlı, “Land Rover Discovery” markalı avtomobillə Bakı sakini, piyada 1958-ci il təvəllüdlü Əli Qurban oğlu Binnətovu vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(APA)