Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Bütün Xəbərlər
12:31 28.11.2013
587

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Əhəd Yaqubov 36 ünvanında qeydə alınıb.

1960-cı il təvəllüdlü Səbail rayon sakini Əli İsmayıl oğlu İbrahimov idarə etdiyi 99-DU-089 dövlət nömrə nişanlı, “Land Rover Discovery” markalı avtomobillə Bakı sakini, piyada 1958-ci il təvəllüdlü Əli Qurban oğlu Binnətovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR