Bürclər bu günə nə deyir?

Bürclər bu günə nə deyir?
Bütün Xəbərlər
10:40 11.10.2013
924
QOÇ – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Fəaliyyətinizə mane olan məşğuliyyətdən uzaqlaşın.BUĞA – Pulla bağlı problemləri nəzərə almasaq, bu gün hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. Günorta saatlarından başlayaraq şəxsi işlərinizdə əsaslı dönüş baş qaldırmalıdır.ƏKİZLƏR – İnsanlara etibarsızlıq etməyin, planlarınızın reallaşmasında isə mənasız yerə risk ə getməyin. Yalnız bu halda günün ümumi uğurlarını özünüzə cəlb edə bilərsiniz. Gecə qalmamaq şərtilə səfər etmək olar.XƏRÇƏNG – Bu gün əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, neçə vaxtdan bəri gərilən əsəbləriniz özünü bir az da qabardacaq. Müalicə səmərəli olar. Axşama doğru yaxşı xəbərlərə hazır olun.ŞİR – Fəaliyyət dairənizi genişləndirmək üçün qarşınıza çıxan bütün şanslardan istifadə edin. Saat 16-dan sonra varlanma ehtimalınız olduğu üçün bütün mümkün variantlardan yararlanın. Sözübütöv olun.QIZ – İstər qarşılıqlı münasibətlərdə, istər ailə-sevgi məsələlərində, istərsə də maliyyə sahəsində uğurlarınız artmalıdır. Amma istənilən sövdələşmə və müzakirələrdə ölçülü-biçili addımlar atmalısınız.TƏRƏZİ – Fəaliyyət zəminində müəyyən mənada gərginliklər ola bilər. Ona görə də riskli və qeyri-ənənəvi heç bir işə həvəs göstərməyin. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın. Bəxtinizdə pul var.ƏQRƏB – İş və maddi durum yol versə, evinizə təzə əşya və ya özünüzə geyim alın. Bunun sizə böyük əhəmiyyəti dəyəcək. Əks cinslə münasibətlərdə mülayim mövqe nümayiş etdirin. Yağlı qidalardan çəkinin.OXATAN – Qarşınızda ilahi bir gün var. Bu səbəbdən mübahisələrdən yayınmalı, qeyri-ciddi adamlarla oturub-durmamalısınız. Yalan vədlər verməyin. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.OĞLAQ – Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləyin. İndi sizin enerji məhz bu müstəvidən qidalanacaq. Amma yeni işlərə pul qoymaq, kimlərəsə ciddi məbləğdə borc vermək sizlik deyil.SUTÖKƏN – Döyüş taktikasına görə, ilk hücum edən qələbə çalır. Siz də haqq işinizin uğurlu nəticəsi üçün ilk addımı özünüz atmalısınız. Proqnozlara gəlincə, nahardan sonra maraqlı təkliflər olmalıdır.
OXŞAR XƏBƏRLƏR