Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
13:23 25.09.2013
781
Sentyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 17-19, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sentyabrın 26-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR