Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
10:40 12.09.2013
586
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.Havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR