Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.Аvqust 27-dən 29-dək respublika ərazisində isti, əsasən yağmursuz yüksək temperatur rejimi üstünlük təşkil edəcək. Əksər rayonlarda yağmursuz hava şəraiti bütün kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərəcək.Lakin bununla yanaşı Mərkəzi-Aran və Naxçıvan MR-da havanın maksimum temperaturunun 35 dərəcədən yuxarı olması bitkilərin inkişafına mənfi təsir göstərəcək, hətta torpağın üst səthini qurudaraq suvarmaya ehtiyac yaradacaq.