Sabah hava isti olacaq

Sabah hava isti olacaq
Bütün Xəbərlər
15:20 25.08.2013
805
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. ANS PRESS AzərTac-a istinadən xəbər verir ki, temperatur gecə 19-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti olacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 18-23°, gündüz 32-37° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında isə hava əsasən yağmursuz olacaq. Temperatur gecə 18-23°, gündüz 30-35° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz olacaq. Temperaturun gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında da hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 19-24°, gündüz 32-37° təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR