AZXEBER.COM Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir ki, saat 10:00-dan 18:00-dək “Qazax” Qazpaylayıcı Stansiyasında, “Ağköynək”, “1-ci Şıxlı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Zeytun”, “Zirə əhali”, “Dübəndi bağları” ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək isə “Zabrat” Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarına, Qazax şəhərinə, Xəzər rayonunun Qala, Zirə qəsəbələrinin bir hissəsinə, Zeytun, Xaşaxuna, Dübəndi bağları adlanan yaşayış sahəsinə, Sabunçu rayonunun Balaxanı, Zabrat I qəsəbələrinə və Zabrat II qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.