Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi
Bütün Xəbərlər
10:01 31.07.2013
1524

BDU-nun baş müəllimi Rövşən Mustafayev 57 yaşında dünyasını dəyişib

BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsi, iqtisadi informatika kafedrasının baş müəllimi Rövşən Mustafayev 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Mustafayev 1956-cı ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı 225 saylı orta məktəbini bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1980-1983 illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxuyub. Azərbaycanda Elektron Hökumətin yaradılması problemlərinin tədqiqatını aparıb. Bir neçə əsərin müəllifidir.

OXŞAR XƏBƏRLƏR