Bu gün hava necə olacaq? – PROQNOZ

Bu gün hava necə olacaq? –  PROQNOZ
Bütün Xəbərlər
10:50 29.07.2013
1504

Bakıda gecə nisbi rütubətin 80-90 faiz olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 19-23°, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq. Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 25-30° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 19-24°, gündüz 27-32° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-23°, gündüz 26-31° , dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR