Bu gün bəzi rayonlarda qaz olmayacaq

Bu gün bəzi rayonlarda qaz olmayacaq
Bütün Xəbərlər
14:25 09.07.2013
975

Bəzi bölgələrdə saat 18.00-dək qazın verilişində fasilələr yaranacaq

Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

AZXEBER.COM Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar 09 iyul 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək “Zirə” Qazpaylayıcı Stansiyası, “Albalılıq” Qazpaylayıcı Stansiyasından Buzovna qəsəbəsinə gedən qaz kəmərində, həmçinin “Gəncə” Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə-Ziyadlı” orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq. Bundan başqa “Xırdalan” Qazpaylayıcı Stansiyasından qidalanan “BMSK” ölçü qovşağı və “Digah” Qazpaylayıcı Stansiyasında “Balaxanı sənaye” kollektorundan qidalanan “Sərdarov (əhali)” qaz xətti, həmçinin “Siyəzən-Yaşma” magistral qaz kəmərindən qidalanan “Yeni Yaşma”, “Şurabad”, “Sitalçay”, “Giləzi”, “Qara göl kafesi”, “Zarat”, “Candahar”, “Beşdam” və “Qara Siyəzən” ölçü qovşaqlarından təbii qazın verilməsi dayandırılacaq. Eyni zamanda təmir işləri aparılan müddətdə Xızı, Siyəzən, Samux və Binəqədi rayonlarının bir hissəsinə, eləcə də Xəzər rayonunun Buzovna və Zirə qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR