Azərbaycanda əsgər özünü güllələdi

Azərbaycanda əsgər özünü güllələdi
Bütün Xəbərlər
11:11 28.06.2013
2678

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Əsgərin xəsarətinin yüngül olduğu bildirilib.

Qeyd edək ki, S. Dədəyev Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

OXŞAR XƏBƏRLƏR