Nəsimi rayonunda "Isuzu" markalı mikroavtobusun salonu alışıb
Ötən gecə Bakıda avtobus alışaraq yanıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Isuzu" markalı mikroavtobusun salonu yanıb. Avtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.