Bakıda hündürmərtəbəli binada yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında baş verib.Belə ki, yanğın Neapol küçəsi, 66 ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsində baş verib. Birinci çağırışla hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Yanğın söndürülüb.İlkin ehtimala görə, 10-cu mərtəbədəki elektrik xətlərində qısaqapanma olub və yanğın da buradan yaranıb. Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir.