Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
09:55 21.06.2013
845

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.Havanın temperaturunun 24-28 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun 26-31, dağlarda 14-19 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, iyunun 21-də Abşeron yarımadasında arabir güclənən şimal küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yaratsa da, iyunun 22-23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.

OXŞAR XƏBƏRLƏR