Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
18:10 26.06.2013
1119

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, iyunun 27-də Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaqdır. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR