Yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. İyunun 14-də Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. İyunun 15-də də gecə 17-22, gündüz 18-33 dərəcə isti gözlənilir.
İyunun 14-15-də Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. İyunun 14-də havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq. İyunun 15-də də bölgələrdə havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35 bəzi yerlərdə 37, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.