Bakıda hündürmərtəbəli binada yanğın olub

Bakıda hündürmərtəbəli binada yanğın olub
Bütün Xəbərlər
11:07 10.06.2013
971

Paytaxtda hündürmərtəbəli yaşayış binasında yanğın olub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Məlumata görə Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 6-17-ci mərtəbələrarası şaxta boyu naqillər, 6 ədəd elektrik sayğacı və mənzillərdən birinin mətbəxində 6 kv.m sahədə əşyalar yanıb.Nazirlikdən bildirilib ki, yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər bina sakini, o cümlədən 1 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib.Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR