İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, cənub-şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 19-22 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-24 isti dərəcə olacaq.