Şəmkirdə əsgər özünü öldürüb.
Bu barədəMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, dünən axşam saat 21:30 radələrində Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib.İntiharın səbəbləri məlum deyil. Hazırda bu istiqamətdə araşdırma aparılır.Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb.