Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün 3 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
11:35 24.05.2013
827
Ağstafa, Ucar və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, bu gün 24 may tarixində saat 09:00-dan 17:00-dək “Quba” Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 18:00-dək isə “Ağstafa” Avtomatik Qazpaylayıcı Stansiyasından və “Ucar” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR