Meyitin üzərində zorakılıq əlamətləri olmayıb
Ötən gün Bakının Sabunçu rayonunda küçədən meyid tapılıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kürdəxanı qəsəbəsinin ərazisində, Bilgəh-Sumqayıt yolunun kənarında üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.