Bu gün iki rayonda qaz olmayacaq

Bu gün iki rayonda qaz olmayacaq
Bütün Xəbərlər
10:49 21.05.2013
834

Quba və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Quba və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, bu gün 21 may tarixdə saat 09:00-dan 17:00-dək “Quba” Qazpaylayıcı Stansiyasından qidalanan “Quba olçü qovşağı”nda, saat 10:00-dan 17:00-dək isə “Xudat” Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Quba şəhəri və Xaçmaz rayonunun Xudat şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR