Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!
Bütün Xəbərlər
10:09 15.04.2013
920
Bu gündən Azərbaycanda 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər öz ərizələrini təsdiq etdirməlidirlər.Ərizələrin təsdiqi prosesi mayın 17-dək davam edəcək. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə elektron ərizələri doldurur və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.Ali və orta ixitsas müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may aralığında baş tutacaq.Qeyd edək ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu aprelin 9-dan başlayıb. Ərizə qəbulu mayın 15-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR