'Sosial şəbəkələrdə yazılan statusa görə cinayət işi açıla bilər' - Hüquqşünas

İDMAN
16:00 03.04.2013
4118
“Sosial şəbəkələrdə yayılan məlumat KİV-də yayılmış hesab olunur”Bunu hafta-ichi.az-a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, sosial şəbəkələrdə yayılan məlumata görə, cinayət işi açıla bilər: “KİV haqda qanunun 3-cü maddəsinə görə, internet də KİV sayılır. Buna görə internetdə yayılan şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır. Sözügedən qanunda bu məsələ KİV-dən sui-istifadəyə görə yaranan məsuliyyətlə eynidir. Əgər məlumatda qəsdən olmayan təhqir elementi varsa, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər. Əgər təhqir qəsdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər. Başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz”.Hüquq eksperti sosial şəbəkələr üçün etik qaydaların müəyyən edilməsini təklif edib: “Təhqir edilən şəxsin iddia qaldırması, bunun araşdırılması və sübut edilməsi üçün müəyyən proseslərin reallaşması tələb olunur. Amma bir sual çıxır? Sosial şəbəkə, məsələn, facebook ABŞ-da yerləşir. Amerikada olan bir şəxsin Azərbaycanda kimisə təhqir etməsi necə tənzimlənəcək? Əgər Azərbaycanda bir şəxs başqa ölkə vətəndaşını təhqir edirsə və onun kimliyi müəyyən edilə bilmirsə, bu prosesdə çətinlik yaradır. Ona görə belə məsələləri daha çox sivil yollarla tənzimləməyə çalışırlar. Yəni təhqir edilən şəxs bu barədə sosial şəbəkə rəhbərliyinə və ya həmin şəxsin özünə yazının silinməsi ilə bağlı məktub göndərirsiniz. Bununla bağlı tədbir görülür. Sosial şəbəkələrdə insanların təhqirə məruz qalmaması üçün etik qaydalar müəyyən edilə bilər. Burada birgə əməl edilmə standartı formalaşmalıdır”.Ə.Məmmədli bu prosesin internetdə yayımlanan xəbər saytları və bloqlara aid edildiyini vurğuladı: “Bu məsələ bəzən özünü saytlarda xəbər şərhlərində göstərir. Belə təklif olunur ki, əgər təhqir elementi xəbərin özündədirsə, buna sayt rəhbərliyi məsuliyyət daşıyır. Amma xəbərdə deyil, onun şərh bölümündə gedibsə, o zaman sayta məlumat verilir ki, filan xəbərin şərhində mən təhqir olunmuşam. Əgər rəhbərlik onu silməzsə, onda sayt məsuliyyət daşıyır. Sosial şəbəkələrdə bunu tətbiq etmək olmur. Çünki milyardlarla profil var və bunu tam nəzarət etmək mümkün deyil. Əgər sosial şəbəkədə yazan şəxsin həqiqətən konkret bir şəxsə aid olduğu sübut olunarsa, həmin şəxsə qarşı cinayət işi qaldırıla bilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
22:09 21.08.2026
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı