Daha bir aparıcı ANS-dən getdi

Daha bir aparıcı ANS-dən getdi
MEDİA
14:38 01.04.2012
5405

Bugün daha bir köhnə ANS-çi üçün bu televiziyada sonuncu iş günü olub.

16 iyun 2006-cı il tarixindən etibarən 6 ilə yaxın müddət ərzində ANS TV-nin xəbərlər xidmətində çalışan, "Salam Azərbaycan", "Xəbərçi", "İç xəbər" və "Düzbucaq" proqramlarının həm müxbiri, həm aparıcısı, həm də redaktoru olmuş Namiq Hüseynov ANS-i tərk edib.

Etibarlı mənbədən AZXEBER.COM-a daxil olan məlumata görə, 31 mart 2012-ci il tarixində səhhətində yaranmış problemləri əsas gətirən Namiq Hüseynov ANS-i yeni açılacaq qəzetə dəyişib. Jurnalist orada iqtisadiyyat üzrə müxbir kimi çalışacaq.

Qeyd edək ki, jurnalist kimi fəaliyyəti dövründə Namiq Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı "60 yaşında cavan", Azərbaycanda televiziyanın yaranma tarixi ilə bağlı "Dövlət güzgüsü", milli mətbuatın yaranma tarixi ilə bağlı "Əkilənlər və biçilənlər", Bakı şəhərinin nəqliyyat sistemindəki yeniliklərlə bağlı "Sənin işin-sərnişin" adlı sənədli filmlərin müəllifi olub.

OXŞAR XƏBƏRLƏR