Qoç – Bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz. Bunlara baxmayaraq, bu gün yaxşı qazana bilərsiniz. Günün ikinci yarısı biznesdə fəal olun. Sevdiyiniz şəxslə də xoş səfərə çıxa bilərsiniz. Buğa – Səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Buğalar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər. Axşama doğru vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız. Əkizlər – Ehtiyatlı olun. Günün birinci yarısı çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu minvalla da milçək böyüyüb fil olur. Günün ikinci yarısı daha yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar, narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın. Xərçəng – Bu gün yaman eqoistsiniz, öz istək və tələbləriniz sizin üçün birinci sıradadır. Başqalarının da nəsə istəməsi, nəyəsə can atması, sadəcə, dincəlmək, istirahət etmək ehtiyacı isə sizi qətiyyən maraqlandırmır. Çox nahaq. Bugünkü hərəkətlərinizə görə peşman olacaqsınız. Lazım olduğundan artıq ev işlərinə vaxt ayırmayın. Evdə böyük təmizlik, mebellərin yerinin dəyişdirilməsi, mətbəxdə eksperimentlər sizi yaman cəlb edir. Amma unutmayın ki, bunlardan hansı birinisə etmək fikrinə düşsəniz, həddən artıq yorula bilərsiniz, çünki entuziazmınız "yandığı" sürətlə də "sönəcək". Şir – Baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz. Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq. Qız – Xoş və maraqlı gündür. Bu ərəfədə başlanan xoş hadisələr davam etməkdədir. Yeni, parlaq ideyalarınız var. Heç kömək ummadığınız insanlar planlarınızı həyata keçirməkdə sizə kömək edirlər: nəhayət ki, sizin də qədrinizi bilməyə başladılar. Alış-veriş üçün əla gündür, nəinki özünüzə, həmçinin yaxınlarınıza da hədiyyələr ala bilərsiniz. Maraqlandığınız adamlarla ünsiyyət qurmaq istəyirsinizsə, axşama doğru onları başınıza toplayın. Həm evinizdə qonaq qəbul edə, həm də özünüz kimisə evinə qonaq getməklə sevindirə bilərsiniz. İstənilən halda, gözəl vaxt keçirəcəksiniz. Tərəzi – Bütün gün ərzində müsbət tendensiyaların təsiri güclü olacaq, bundan maksimum yararlanmağa çalışın. Səhər çağı inad, şöhrətpərəstlik kimi xüsusiyyətlər özünü daha qabarıq büruzə verəcək. Bu dövrdə sizin nöqteyi-nəzərinizi bölüşməyən insanlarla ünsiyyət qurmağa çalışın, bu gün onları fikirlərindən asanlıqla döndərə biləcəksiniz. Bir qədər sonra isə məlahət və cazibəniz "hakimiyyəti ələ alacaq". Buz kimi ürəkləri belə əritməyə qadir olacaqsınız. Nə zamansa eşq macərası yaşadığınız biriylə görüş mümkündür. Əgər istəsəniz, keçmiş əlaqənizi bərpa edə bilərsiniz, ikinci dəfə birincidən daha yaxşı alınacaq. Əqrəb – Sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir. Günün yeganə pis cəhəti odur ki, sizin nailiyyətlərinizi görsələr də qiymətləndirmək istəmirlər. Bəzən üzərinizə diqqət cəlb etmək cəhdləriniz çox gülməli görünür. Oxatan – Yaxşı gündür. Çoxdankı arzularınız yerinə yetir, mümkün olmayan hər şey reallaşır. Səhvlərinizi asanlıqla aradan qaldırır, yaxşılığa doğru dəyişikliklərin təşəbbüskarı olursunuz. Gələcəyə nikbinliklə baxır və ətrafınızdakıları da optimizmə "yoluxdurursunuz". Sizin peyda olduğunuz bütün yerlərdə çox gözəl, mehriban ab-hava yaranır. Ancaq bəzi qərarları verərkən çox tələsirsiniz. Bura xüsusilə pul və qiymətli əşyalarla bağlı məsələlər aiddir. Bəzən əliaçıqlığınız bədxərclik həddini də keçir. Oğlaq – Ciddi maliyyə problemləriniz ola bilər. Ailə büdcəsini, əmlak bölüşdürülməsini bu gün müzakirə etməsəniz, məsləhətdir. Köçmək üçün də münasib gün deyil. Səhərçağı xoşagəlməz xəbər ala bilərsiniz. Sonra situasiya aydınlaşacaq və elə də qorxulu olmadığı aşkar olacaq. İşgüzar və enerjilisiniz. Gücünüz aşıb-daşır və bəzən ətrafınızdakıları da qorxudur. Ailədə münaqişə, yaşlı qohumlarınızla fikir ayrılığı mümkündür. Uşaqlarla ünsiyyətdə bir az səbrli olun, onlar sizin məzəmmətlərinizə çox sərt reaksiya verə bilərlər. Dolça – Günün əvvəlində çətinliklər yarana bilər. Ətrafınızda baş verən hər şeyə çox sərt reaksiya verir, əhəmiyyətsiz məsələləri şişirdirsiniz. Yaxın qohumlarınızla fikir ayrılığı, pul və ya əmlak üstündə mübahisələr mümkündür. Ortaq məxrəcə gəlmək çox çətindir – siz sadəcə olaraq bir-birinizi dinləmirsiniz. Axşama doğru isə müsbət tendensiyaların təsir gücü artmağa başlayır. Xoş xəbərlər, maraqlı təkliflər alacaqsınız. İmprovizədən qorxmayın. Yeni ideyalar yaxşıdırlar, onları vaxtında tətbiq etməyə çalışın. Balıqlar – Bu gün dəfələrlə təkid etməli olacaqsınız. İnsanlara nəinki hərtərəfli yaxşı insan, həmçinin güclü şəxsiyyət olduğunuzu nümayiş etdirəcəksiniz. Öz bildiyiniz kimi hərəkət etmək elə də asan deyil, amma bunsuz can atdığınız nəticələri əldə etmək mümkün deyil. Çox yaxın hesab etdiyiniz biri ilə mübahisəniz ola bilər. Tez barışacaqsınız, amma inciklik içinizdə uzun müddət qalacaq.