Azərbaycan tarixində ilk dəfə olaraq improvizə olunmuş tok – şou baş tutacaq. AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Tədris Akademiyasında (ASA) ilk dəfə keçiriləcək improvizə olunmuş tok – şouda tanınmış teleaparıcılar, media mütəxəssisləri, tələbələr iştirak edəcək.
Qeyd edək ki, tok-şou 17 dekabr saat 12.00-da başlayacaq. ASA-dan verilən məlumata görə, tok-şouda yerlər məhduddur. İştirak etmək istəyən gənclər 562-36-39 telefonuna zəng vurub qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Tədris Akademiyası (A.S.A.) təqdim edir: ►Akademiyada fəaliyyət göstərən Media School – un nəzdində ilk dəfə improvizə olunmuş tok – şou! ►İctimai Televiziyanın aparıcısı Vəsilə Vahidqızıdan ustad dərsi almaq istəyənlər, tələsin! ► “Ortaq məxrəc” formatında təşkil ediləcək real mövzu, real qəhrəmanlar, real ekspertlər və real talk show! ►Jurnalistikaya həvəsi olan hər kəs dəvətlidir – bizim tok-şouya qoşulun, mövzu qoyun, aparıcı olun, süjet çəkin və montaj prosesini öyrənin! ►Qeydiyyata düşmək üçün yerlər məhduddur: 562-36-39 telefonuna zəng vurun ya CV-nizi [email protected]/* */ göndərin.