Universitet tələbələrinə və məzunlarına...

GƏNCLİK
22:11 26.06.2011
2043
Danışa bilməsəm də, onun yəni universitetimin bir parçasında tələbələrinə bunları yaza bildim. ÇOXU QERİBƏ GÖRÜNSƏ BELƏ.

Nəsə yaxınım üçün darıxıram. Uğurlarımın fidan günləri üçün ,qoca babaya bəzətdiyim Bakı Dövlət Universiteti üçün darıxıram. Bunu universitetə aparan yolda, Elmlər Akademiyasının çıxışına ayaq qoyan kimi anladım. Dərk etdim ki, yaş yığmağım məndən önəmli nəyisə qoparıb. Tələbəliyimlə mənim aramda artıq üç il dövr edib. Bu üç ildə qayğılarım əvəzlənib, tələbəlik adlı məhfumla məni artıq az bir şey bağlayır.

Ancaq birdən tələbə axını arası ilə addımladım. Nəyəsə tələsdim. Addımlarım itiləndi. Özüm də fərqinə varmadan zaman təsəvvürünü itirdim. Darvazadan içəri girib, sola irəlilədim.

Sanki rellığın səsinə kar olmuşdum. Binanın mərtəbələri ilə qalxanda tanış simaları axtardım. Axtardım. Tanış səsləri, tanış baxışlari gəzdim. Amma nədənsə heç birini görmədim, duymadım. Otaqlarda ilk dəfə gördüyüm cavanlar mənə əzbər bildiyim partalarda əyləşmişdilər. Dəyişməyən müəllimlərdi. Onlar yenə də eyni avazla mühazirə oxuyur, eyni vərdişlə nələlərisə izah edir, hətta eyni ölçülü addımlarla sağa –sola gəzişirdilər.

Ancaq bütün bu tanış mənzərədə nəsə çatmırdı. Salamlaşdım. İsti qarşılandım. Müəllimlərim məndən hal-əhval tutdular. Bir–iki zarafat da etdik. Amma özümə orada yer tapa bilmədim. B

irdən başa düşdüm. Hə mən başa düşdüm ki, nəyisə səhv etmişəm. Özümü əvvəlki kimi tələbə bilmişəm. Köhnə vərdişimlə dərsə tələsmişəm. Amma nahaq tələsmişəm. Olmayacaq dərsə necə gecikə bilərdim. Bu günümlə dünənimi dəyişik salmışdım. Birdən zəng çalındı, tələbələr auditoriyalara doldular. Mən də seyrçi oldum. Lap axırıncı tələbə qapını ördü. Gecikmiş tələbələrdən də kimlərsə gəldi, danlandı və dərs başlandı... Bir an nəzərlərimlə özümə yer aradım. Çox əvvələ aid olduğumu anladım. Mənim yenicə doğulmuş, dəhşətli bir qisqanclığımla dəhlizdə təkbətək qaldım. Otaqları, partaları, müəllimləri, hər şeyi yeni tələbələrə qısqandım. Daha çox şeyi xatırlasam bəlkə özümü bir az da artıq incidərəm. Anlatmağa çalışsam da o an yaşadıqlarımın təşbehi aciz qalar.

 Son on beş dəqiqəni mən özümü əvvəlki tək tələbə zənn etmişdim. Gercəklik mənim xəyal dünyamı darmadağın etdi. Uşaq kimi yanılmışdım. Niyə belə incidim bilmirəm. Az bir zamanda bir çox şeylərə nail olmuşdum. Gözəl ailəm, övladım, arzuladığım işim və sairə və sairə. Hamısına universiteti bitirdikdən sonra nail olmuşdum. Amma yenə də həyat yolumun bir az əvvəlinə, uşaqlıq zəfərlərimə, qayğıya bənzəməyən qayğılarıma can atdım. Nostalji hissinin yanqısı məni yaman incitdi. Xatirələrim, yaddaşım məni uşaq kimi əlimdən tutub 3 il əvvəldə azdırmışdı. O, günə ki, mən ilk dəfə tələbə adı ilə Bakı Dövlət Universitetinə gəlmişdim. Bu əzəmətli, yaşlı binanın həyətində, tələbə karvanında mənim də yerim vardı.

Bu ünvan kimlərin arzu nöqtəsi, kimlərin himayədarı, kimlərin şərəf səbəbi olmuşdu. İndi o, mənim üçündə qucağında yer edib. Uğurumun verdiyi fexri ürəyimə sığdıra bilmədim. Sevinirdim. Dolan gözlərimi gizlətmədim.Çünki bilirdim göz yaşlarımın sevinc rengi var idi. Bu sevinci qazanmışdım. Yəqin ki, onun yanında biliyimin, əziyyətimin xətri var idi.

Bu il məzun olan bütün tələbələrin uğurlu addımlarının səsi kəsilməsin. 

Səma ABİYEVA,

"İrəli" Media Akademiyası layihəsinin iştirakçısı

OXŞAR XƏBƏRLƏR