"Ümumdünya Qan Donoru" günü münasibətilə qanvermə aksiyası keçiridi

GƏNCLİK
06:00 14.06.2011
1622

 

Aksiya “İRƏLİ” İctimai Birliyi və Qan Donorları Assosiasiyası tərəfindən təşkil olunub. Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada 50-yə yaxın könüllü donor olaraq qan veriblər.

 Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının 2005-ci ilin may ayında qəbul etdiyi bəyannaməyə əsasən 14 iyun tarixinin “Ümumdünya Qan Donoru” günü kimi qeyd olunması qərara alınıb. Bəyanatda könüllü, təmənnasız donorların təhlükəsiz qan təminatının əsasını təşkil etdikləri vurğulanır.

Xatırladaq ki:
Yaşı 18-dən yuxarı olan
Boyu 160 sm-dan yuxarı olan
Çəkisi 55 kq-dan yuxarı olan
Təziqi aşağı olmayan
Cərrahiyə əməliyyatı keçirməyən
Hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs qan donoru ola bilər!


OXŞAR XƏBƏRLƏR