00:33 şənbə, 21 Sentyabr 2019
GƏNCLİK

Rəşad Məcid: “Cavid Zeynallının roman dilini bəyənirəm”

19:32, 27.12.20101678
Rəşad Məcid: “Cavid Zeynallının roman dilini bəyənirəm”

Mərasimdə Əjdər Ol, Rəşad Məcid, Əsəd Cahangir, Rafiq Tağı, Əli Əmirli, rejissor Bəhram Osmanov, Cavanşir Yusifli, Taleh Şahsuvarlı, Qəşəm Nəcəfzadə, Aydın Xan Əbilov, Dayandur Sevgin, II Qismət, Zərdüşt Şəfizadə, Elnaz Eyvazlı, Günel Eminli, Rəbiqə Nazimqızı, Ziyad Quluzadə, Vüsal Nuru, Cəlil Cavanşir və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabın redaktoru, tənqidçi Əsəd Cahangir Cavid Zeynallının nəsr yaradıcılığı haqqında danışıb: “Cavidin ilk hekayələrinin oxucusu olmuşam. Həmin hekayələrdə gənc nasirin istedadı bəlli idi. Amma mən düşünürdüm ki, Cavid hələ hekayələr yazmalı, savadını artırmalı və roman yazmağa girişməməlidir. Amma bu kitab göstərdi ki, Cavid bütün bu mərhələləri çox sürətlə keçib”.

Şair Əjdər Ol yazarın kitabını qiymətləndirməklə yanaşı tənqidi fikirlərini də bildirib: “Romanı oxuyanda çox məmnun oldum. Cavidin yaşına görə bu romanı çox bəyəndim. Amma o 40 yaşında belə bir mövzuya müraciət etsəydi, qətiyyən təqdir etməzdim. Romanda boşluqlar var və bu yaşdan, həyat təcrübəsindən irəli gəlir. Eyni zamanda həyatı bu qədər çılpaqlığı ilə yazmağın tərəfdarı deyiləm”.


“525-ci qəzetin baş redaktoru Rəşad Məcid müəllif haqqında xoş sözlərini bildirməklə yanaşı, onun daha ciddi çalışmasını, mütaliə etməsini arzulayıb və Cavid Zeynallınıln roman dilinin xoşuna gəldiyini vurğulayıb.


Xatırladaq ki, “Günəşi gözləyənlər” romanı yazarın ilk kitabıdır. Roman bir gənc və onun ətrafında cərəyan edən hadisələrdən bəhs edir. Gənc oxucu auditoriyasına hesablanan əsərdə mənəvi və maddi problemlər, mistika, sosial məsələlər və s. öz əksini tapıb. Kitabı Bakının kitab mağazaları və metropolitenin kitab köşklərindən əldə etmək olar./// lent.az

XƏBƏR LENTİ