Müğənni Natəvan Həbibi maraqlı açıqlama verib.AZXEBER.COM-un məlumatına görə, ifaçı xanım “Super kimdir” verilişinə açıqlamasında ailə qurmaq istəyindən söz açıb.
Nikaha daxil olduqdan sonra sənətinə “əlvida” deyəcəyini bildirib:“Ailə qurmaq haqqında fikirləşmirəm. Çünki bu, qismətə bağlıdır. Bəlkə elə oldu ki, bir aydan sonra ailə qurdum. Onu da deyim ki, ailə qurandan sonra səhnədən uzaqlaşacam”.