Bu qızlar Azərbaycanın ən gözəli adından məhrum oldular - FOTOLAR
Bütün Xəbərlər
09:43 20.02.2013
5953
Bu il keçiriləcək "Miss Azərbaycan-2013" Milli gözəllik müsabiqəsinin beş iştirakçısı yarışmadan uzaqlaşdırılıb.Bu barədə AZXEBER.COM-a müsabiqənin təşkilat komitəsindən bildirilib.Buna səbəb yarışmaçıların finalda iştiraka dair müqavilənin şərtlərini pozması olub.Müsabiqədən kənarlaşdırılan iştirakçılar isə Elnarə Sultanova, Sevinc Bayramova, Aysel Ahmədova, Ramina Abasova və Nərmin Səfərovadır."Bu qızlar bundan sonra "Miss Azərbaycan-2013" gözəllik müsabiqəsinin iştirakçıları və finalçıları hesab olunmur. Onların reklam vericilər və ya mətbuat tərəfindən "Miss Azərbaycan-2013" gözəllik müsabiqəsinin iştirakçısı və finalçısı adlandırılması qəti qadağan olunur. Bu hal baş verdiyi təqdirdəhüquq-mühafizə orqanlarına müraciət etməli olacağıq" – deyə təşkilat komitəsindən bildirilib.Qeyd edək ki, "Miss Azərbaycan-2013"ün informasiya dəstəyi AZXEBER.COM-dur