Xalq artisti: 'Çox calışsam da 3 kilo arıqlaya bilmirəm'
Bütün Xəbərlər
10:46 20.02.2013
1542
Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi Aydın idi.AZXEBER.COM-un məlumatına görə, veriliş başlayanda Brilliant xanım məlumat verdi ki, Aydın Azərbaycanda və Türkiyədə çox sevilən mahnıları ifa edəcək. Veriliş boyunca müğənnilər demək olar ki, bütün mahnıları duet oxudular.Brilliant xanım bildirdi ki, bu dəfə Azərbaycandan musiqiçilər dəvət etməyib. Amma buna baxmayaraq Aydının orkestri “Tut ağacı boyunca” mahnısını bilir. Onların müşayiəti ilə sənətçimiz bu mahnını mahircəsinə ifa etdi. Brilliant xanım onu da bildirdi ki, “Öylə bir geçər zaman ki” serialında baş rol oynayan Ali kapitan (Erkan Petekkaya ) bu mahnını verilişlərin birində çox gözəl ifa edib.Sənətçilər veriliş boyu müxtəlif mövzularda çox səmimi söhbətlər ediblər. Plastik prosedurlardan sonra üzündə müəyyən problemlər yarandığını deyən Aydın dedi: "Sifətimə gellər vurulmuşdu. 4 il sonra bu gellər allergiya verdi, həkimlər əməliyyatla geli cıxartdılar. Amma sifətimdə bəzi toxumalar tam sağalmayıb. Yenə əməliyyat olunacam”.Brilliant xanım da etiraf etdi ki, iki dəfə plastik əməliyyat etdirmək fikrinə düşüb, lakin müraciət etdiyi həkim Erol bəy bundan imtina edib: "Mən gözlərimin badamı görünməsi üçün saçlarımı hər iki tərəfdən rezinlə dartıram. Bunu mənə 10 il öncə bərbərim öyrədib. Amma artıq saçımın qulağımın dibinə qədər o qədər çəkib yığmışam ki, saçım qalmayıb. Amma həkim baxdı, dedi hələ ehtiyac görmürəm. 3 kilo kökəlmişəm, idmanla arıqlamaq mənə uzun gəlir. Fikirləşdim ki, 2 saata bu qarından azad olum. Həkim yenə imtina etdi, dedi ki, 1 ay idman et, pəhriz saxla, əvvəlki halına qayıt. Çox calışsam da 3 kilo arıqlaya bilmirəm, gecələr yeyirəm. Hazırda 59 kiloyam".Aydın da bildirdi ki, Brilliant xanımın doğurdan da plastik əməliyyata ehtiyac yoxdu. Ancaq arıqlamaq ücün onu öz dietoloqu ilə tanış edə bilər:” Baxmayaraq ki, mən 3 kilo üçün dietoloqa getməzdim, özüm arıqlamağa çalışardım”.Aydın Brilliant xanımın dünən Bakıdan apardığı əncir mürəbbəsinin də dadına baxdı və dedi: "Bayıldım, müdhiş bir ləzzətdir”.Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan veriliş kifayət qədər böyük tamaşaçı auditoriyası toplayıb. Çünki Brilliant xanım türk musiqi sevərlərin nəbzinu tuta bilib. O verilişinə türk dünyasında çox sevilən sənətçiləri dəvət edir.Təbii ki, Brilliant xanım türk müsiqi mədəniyyətini təbliği ilə məşğul olan TMB kanalında Azərbaycan musiqisini xüsusi bir incəliklə təbliğ edir. Brilliant xanımın Azərbaycanın musiqi səfiri missiyasını belə uğurla davam etdirməsi təqdirə layiqdir.