Bakının Nəsimi rayonu ərazisində böyük bir ağac yolda park edilmiş "VAZ 2107" markalı avtomobilin üstünə aşıb.AZXEBER.COM-un Day.Az saytına istinadən verdiyi xəbərə görə, hadisə Dilarə Əliyeva küçəsində baş verib. Nəticədə küçə bağlanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.