Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 25-də Abşeron yarımadasında temperatur gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Bakıda isə gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70 faiz, gündüz 55-55 faiz olacaq.