Jurnalistlər niyə reket olurlar?

MARAQLI
14:10 21.12.2010
2227

 

Mən bu sətirləri reketlər ilə bağlı müəyyən təsəvvür əldə etmək üçün yazdım. Qətiyyən onların tərəfini saxlamaq fikrində deyiləm. Ancaq mən reket jurnalistikasını təsadüfi bir hal hesab Jurnalist vəsiqəsi daşıyan çoxdur, amma əsl jurnalistlərin, mütəmadi olaraq yazanların sayı o qədər də çox deyil, hər halda mütəmadi jurnalistika ilə əsl məşğul olanların sayı hətta əməkdar jurnalistlərin sayından belə qat – qat azdır.
etmirəm. Azərbaycanda sözün əsl mənasında iqtisadi reket yoxdur və Jurnalist vəsiqəsi daşıyan çoxdur, amma əsl jurnalistlərin, mütəmadi olaraq yazanların sayı o qədər də çox deyil, hər halda mütəmadi jurnalistika ilə əsl məşğul olanların sayı hətta əməkdar jurnalistlərin sayından belə qat – qat azdır. azərbaycanlılar belə
hallar haqqında ancaq Rusiya ilə bağlı nəşrlərdən xəbər tuturlar. Amma iqtisadi reketin funksiyalarını da burada bəzən dövlət qulluqçuları yerinə yetirirlər. Yox, onlar aylıq haqq almırlar, sadəcə hansısa işi düzüb qoşmaq üçün onların da «könlünü almaq» lazım gəlir. Həm bu hal, həm də digər hallar ölkədə total rüşvətxorluğun əlamətidir. Təhsil, səhiyyə... Amma bu prizmada nədənsə jurnalistin rüşvət alması və yaxud da kimisə şantaj edib pul qoparması qeyri – adi hal hesab edilir. Əslində isə reket jurnalistikasını qidalandıran suçlu və cinayətkar, işlərində problemlər olan məmurlardır. Onların suçu olmasaydı, reket jurnalistlərindən ehtiyat etməzdilər – misal var, deyirlər ki, əl əli yuyur, əl də üzü...

BU ÖLKƏDƏ NECƏ PEŞƏKAR JURNALİST OLMAQ OLAR?

Çox qəliz sualdır. Hər hansı təltifdən və tədbirdən söhbət gedəndə görürsən ki, böyük bir qəzet siyahısı hazır olur, neçə – neçə tanımadığımız jurnalist peyda olur. Amma respublikada barmaqla sayılası qədər qəzet qalıb. Bəli, jurnalist vəsiqəsi daşıyan çoxdur, amma əsl jurnalistlərin, mütəmadi olaraq yazanların sayı o qədər də çox deyil, hər halda mütəmadi jurnalistika ilə əsl məşğul olanların sayı hətta əməkdar jurnalistlərin sayından belə qat – qat azdır. Mən jurnalistlərə qarşı siyasi təpkilərdən danışmaq istəmirəm, bununla bağlı çox danışılıb və danışılır. Həm də ona görə ki, jurnalistika peşəsinin sırf iqtisadi problemləri də az deyil, daimi iş yerləri yoxdur, əmək normaları və normativ aktları nəzərə alınmır, hamının ehtiyat etdiyi peşə sahiblərinin hətta həmkarlar təşkilatları belə gözə dəymir... Bir qəzetlə əməkdaşlıq ən yaxşı halda bir il, əksər hallarda isə bir neçə ay çəkir... Mən indi burada çox sanballı jurnalistlərin adını çəkmək istəmirəm. Amma bircə detalı qeyd edim ki, onlar kimi olmaq üçün on illərlə bir strukturda çalışmaq lazımdır. Fəqət, belə bir imkan varmı? Hətta elektron KİV-lərdə belə imkan yoxdur. Baxıb görürsən ki, efirə yeni bir jurnalist çıxıb. Amma bir neçə aydan sonra həmin jurnalist yoxa çıxır, başqası onu əvəz edir... Qəzetlər isə daha bərbad gündə fəaliyyət göstərir. Ən sanballı nəşrlərin nümayəndələri qəzetə iş yeri, ailə dolandırmaq üçün bir struktur kimi deyil, ictimai funksiya və etiraz aksiyası kimi baxır. Burada müasir jurnalistikanı aşağılamaq fikrimiz yoxdur, lakin bircə detalı nəzərə çatdıraq: İtaliyada köşə yazılarını Umberto Eko kimi tanınmışlar, bizdə isə heç kimin tanımadığı və elə bir həyat təcrübəsi olmayan gənclər yazırlar. Bu, hələ hamısı deyil. Bəzi məşhurlar gəncləri hətta bu fəaliyyətdən çəkindirməyə çalışırlar, «gedin şeir, hekayə yazın» - deyirlər. Beləcə, özləri yazmır, yazanları da həvəsdən salır, imkan vermirlər...

MÜVƏQQƏTİ ÇƏTİNLİK?

Biz hələ də ümid edirik ki, bütün bu fəsadlar və çətinliklər müvəqqəti haldır, elə Bakının qarı kimi tez bir müddətdə əriyib gedəcək. Amma bu olmaya da bilər... Bəs onda nə etməli? Qəzetçiliyə baxış dəyişməlidir, hamı bunu bir peşə, sənət kimi qəbul etməli və bunun alınmasına çalışmalıdır. Hələlik isə... Bəli, hələlik isə jurnalistlər öz övladlarına bu peşəni seçməyi, onun ardınca getməyi heç də məsləhət görmürlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Hüseynbala SƏLİMOV, AZADLIQ RADİOSU

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir