Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
12:10 17.09.2012
1035
Bakıda ölümlə nəticəlnən ağır yol qəzası olub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı-Mərdəkan yolunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nadir Ağalarov idarə etdiyi “Mercedes” markalı qoşqulu yük avtomobililə Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.
Nəticədə Ş.Teymurov hadisə yerində, sərnişini Aqil Talıbov isə 3 saylı xəstəxanada ölüb. Digər sərnişinlər - Ş.Teymurovun əkiz qardaşı və Cəfərqulu Mirzəyev xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR