Prezident İlham Əliyev Həbib Hüseyn oğlu İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.